Moskvada azərbaycanlılar bir-birini niyə güllələyir?

moskvada-azerbaycanlilar-bir-birini-niye-gulleleyir-
Oxunma sayı: 648

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, noyabrın 25-də axşam saatlarında “Mojayskiy val” küçəsində yerləşən bazarın içindəki kafedə bir qrup azərbaycanlı arasında mübahisə düşüb. Nəticədə mübahisə edənlərdən biri odlu silaha əl atıb. Adı hələlik açıqlanmayan 43 yaşlı azərbaycanlı qətlə yetirilib. Onun təcili tibbi yardım maşınında dünyasını dəyişdiyi bildirilib.

Məlumata görə, qətlə yetirilən şəxs 43 yaşlı Ordubad rayon sakinidir. Belə ki, altı nəfər azərbaycanlı kafedə oturub yeyib içiblər. Daha sonra onlar arasında mübahisə düşüb. Mübahisə edənlərdən biri digər tanışını hadisə yerinə çağırıb. Hadisə yerinə gələn digər azərbaycanlı odlu silaha əl atıb və 43 yaşlı həmyerlisini qətlə yetirib. Qətli törətmiş şəxs hadisə yerindən qaçıb.
Qeyd edək ki, “Mojayski val”dakı bazarda əsasən Azərbaycanın Hacıqabul, Ağdaş və Ağcabədi rayonundan olan şəxslər çalışır.

Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.