Moskvada azərbaycanlıların kütləvi həbsi başladı

moskvada-azerbaycanlilarin-kutlevi-hebsi-basladi
Oxunma sayı: 638

Moskvada OMON və Federal Miqrasiya Xidmətinin əməkdaşları “Novie Çeremuşke” tərəvəz topdansatış bazasına hücum edərək 500-ə yaxın miqrantı saxlayıb.

Rusiya KİV-lərinin xəbərlərinə görə “Qeyri-leqal miqrant” reydi çərçivəsində keçirilən əməliyyat zamanı saxlanılan miqrantlar polis bölmələrinə aparılıb. Onlardan 93-nün Azərbaycan vətəndaşı olduğu xəbər verilir.

Məlumata görə, saxlanılanların Rusiya Federasiyasında olmasının qanuniliyi, həmçinin onların əvvəllər cinayət törədib-törətmədiyi araşdırılır.

Federal Miqrasiya Xidməti bildirir ki, saxlanılanlardan sənədləri qaydasında olmayanlar deportasiya olunacaq.

Bildirilir ki, aprelin 3-də də Moskvanın Mitino rayonunda reyd keçirilib və bu reyd zamanı 141 miqrant, o cümlədən azərbaycanlılar saxlanılıb. Onlardan 79 nəfəri sənədləri qaydasında olmadığı üçün inzibati məsuliyyətə cəlb olunub. /azdliq.info/