Moskvada bomba həyəcanı - 10 min insan təxliyyə edildi

Moskvada bomba həyəcanı
Oxunma sayı: 884

Rusiyanın paytaxtı Moskvada ticarət mərkəzləri, qatar stansiyaları və universitetlər olmaqla 20 məkanda bomba qoyulması barədə həyəcan siqnalı verilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, polis qeyd edilən ərazilərdə 10 mindən çox insanı bomba təhlükəsi ilə təxliyyə edilib.

Hazırda polislər xüsusi təlim edilmiş itlərlə araşdırmalar aparır.

***

Moskvanın hüquq-mühafizə orqanlarına Qırmızı Meydanda da bomba olmağı ilə bağlı məlumat daxil olub.

“İnterfaks”ın xəbərinə görə, müvafiq məlumat hazırda araşdırılır.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi