Moskvada bomba həyəcanı - İnsanlar təxliyyə olunub

moskvada-bomba-heyecani
Oxunma sayı: 1360

Moskvada iki ticarət mərkəzində bomba həyəcanı səbəbindən mindən çox insan təxliyyə olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS təhlükəsizlik orqanlarına istinadən məlumat yayıb.

Polisin məlumatına görə, hazırda “Галерея Аэропорт” və “Аркадия” ticarət mərkəzlərindəki insanlar təxliyyə olunub. Təhlükəsizlik orqanlarına hər iki mərkəzdə bomba olduğu barədə zəng daxil olub.

Hazırda hadisə yerində polis araşdırma aparır.

Qeyd edək ki, cümə günü kütləvi sayda bomba qoyulması ilə bağlı zənglər olub. Polis 150 obyektdə 120 mindən çox insanı təxliyyə edib. Yoxlanılan obyektlərin heç birində partlayıcı maddə aşkar edilməyib.