Moskvada daha bir məscid istifadəyə verildi

Moskvada daha bir məscid istifadəyə verildi
Oxunma sayı: 1405

Rusiyanın paytaxtı Moskvada 8-ci məscid açılıb.

“Qafqazinfo” xəbər verir ki, Ramazan bayramına təsadüf edən açılış mərasimini Rusiyanın baş müftisi Ravil Qavinuttin həyata keçirib.

Mərasimdə “Quran” oxunub, ilahilər səslənib və İslama aid fotolar sərgilənib.

Qeyd edək ki, 400 kvadrat metr ərazisi olan məsciddə 450 nəfər ibadət edə biləcək. Məsciddə tədbirlər keçirmək üçün bir neçə zal da mövcuddur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi