Moskvada dəhşətli yanğın - 38 ölü

moskvada-dehsetli-yangin-38-olu
Oxunma sayı: 640

Yanğın Dimitrov rayonu Ramenski qəsəbəsində 14 nömrəli psixiatriya xəstəxanasında gecə yerli vaxtla saat 2:30 radələrində başlanıb. Yanğın mənbəyi xəstəxananın xüsusi rejimdə saxlanılan 6-cı korpusda olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Yanğınsöndürənlər gəlincə 35x12 metr ölçüdə bina bütün sahəsi boyunca yanırdı.

Xəstəxana binası hasarla ayrılmış ərazidə yerləşir. Güclü tüstü həlak olanların sayını dəqiq müəyyən etməyi çətinləşdirir.
Hadisə yerində işləyən əməkdaşlardan birinin dediyinə görə, yanmış xəstəxananın bütün pəncərələri barmaqlıqlar qoyulub. Həlak olanların əksəriyyəti çarpayılarında olub.

Moskva vilayəti Daxili İşlər Nazirliyi Baş İdarəsinin məlumatına görə, yanğına qısa qapanma səbəb olub.
“Birmərtəbəli bina qısa qapanmadan odlanıb. İçəridə olan 38 nəfərdən ikisi sağ qalıb”, - DİN Bİ əməkdaşına istinadən, RİA Novosti xəbər verir.

Başqa məlumata görə, daxildə 41 adam olub, onların üçü oddan çıxa bilmişdir.

Səhiyyə Nazirliyinin mətbuat katibi Oleq Saqalay jurnalistlərə deyib ki, klinikanın tibb bacısı yanan binadan iki xəstəni çıxara bilib.

Hadisə yerində 18 təcili yardım briqadası işləyir./BBCAzərbaycanca/