Moskvada FTX əməkdaşı döyüldü

Moskvada FTX əməkdaşı döyüldü
Oxunma sayı: 806

Moskvanın Xamovniki rayonunda naməlum şəxslər Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşını döyüblər.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə DİN-in Moskva Baş İdarəsindən olan mənbə bildirib. Hadisə dünən Abrikosovsk döngəsində baş verib. Naməlum şəxslər əvvəlcə polkovnik-leytenant Oleq Budaqotskovun xidməti maşınına şüşə qab atıblar.

Daha sonra isə onun özünü döyüblər. Budaqotskov ona tibbi yardım göstərilməsindən imtina edib.

Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır. İnsident barədə rəsmi məlumat verilməyib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi