Moskvada həyəcan - 20 mindən çox insan təxliyyə olundu

moskvada-heyecan
Oxunma sayı: 5452

Rusiyanın paytaxtı Moskvanın mərkəzində yerləşən Böyük Teatrda 700-ə yaxın insan təxliyyə olunub.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, buna səbəb anonim şəxsdən binada bomba yerləşdirilməsi ilə bağlı gələn telefon zəngi olub.

Polis QUM ticarət mərkəzindən 2800, “Metropol” otelindən isə 2 mindən çox insanı evakuasiya edib.

***

“Moskva” informasiya agentliyinin hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbərinə görə, Moskvada bir çox önəmli binalarda bomba yerləşdirilməsi ilə bağlı polisə daxil olan məlumatdan sonra 20 mindən çox insan təxliyyə olunub.