Moskvada internat yanır - İnsanlar təxliyyə edilir

moskvada-internat-yanir
Oxunma sayı: 641

Rusiyanın paytaxtı Moskvada psixonevroloji internatda yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğının günortaya yaxın Moskvanın cənubundakı 18 saylı psixonevroloji internatda baş verib.  

Hazırda fövqəladə xidmət əməkdaşları hadisə yerinədir. İnsanların təxliyyəsi həyata keçirilir.

Yanğın yemək zalı üzərindəki tavanında başlayıb. 50 kvadratmetr sahənin yandığı vurğulanıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.