Moskvada kriminal avtoritet həbs edildi

moskvada-kriminal-avtoritet-hebs-edildi
Oxunma sayı: 3569

Moskvanın Tver rayon məhkəməsi özünümüdafiə məqsədilə adam öldürməkdə şübhəli bilinən kriminal avtoritet İrali Cabuanı həbs edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Cabua kriminal aləmdə İrakliRostovski kimi tanınır.

O, 2016-cı ildə narkotik maddələrin qanunsuz dövriyyəsi, dələduzluq və oğurluq maddələri üzrə də cinayət məsuliyyətinə cəlb olunub.