Moskvada kütləvi etirazlarda 200-dən çox insan saxlanıldı - Fotolar+ Yenilənib

Moskvada kütləvi etirazlarda 200-dən çox insan saxlanıldı
Oxunma sayı: 1083

Moskvada bir neçə gün öncə narkotik iddiası ilə saxlanılıb dünən sərbəst buraxılan “Meduza” saytının jurnalisti İvan Qolunova dəstək məqsədilə razılaşdırılmamış kütləvi aksiya keçirilir.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, etirazlar fonunda 95 nəfər saxlanılaraq polis şöbələrinə aparılıb. Onların arasında “Meduza”, “Kommersant” nəşrlərinin, “Dojd” telekanalının, “Reuters” agentliyinin əməkdaşları və müxalifət lideri Aleksey Navalnı da var.

***

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyada 1200-ə yaxın insan iştirak edib. 200-dən çox etirazçı saxlanılıb.














Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi