Moskvada mina təhlükəsinə görə 9 min nəfər təxliyyə olundu - Yenilənib

moskvada-mina-tehlukesine-gore-9-min-nefer-texliyye-olundu
Oxunma sayı: 826

Moskvada “minalanma” ilə bağlı anonim zəngdən sonra adamların kütləvi şəkildə olduğu məkanlardan, o cümlədən ticarət mərkəzlərindən 4 mindən çox insan təxliyyə olunub.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə paytaxtın təcili xidmət nümayəndəsi bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları “Atrium”, “Parus”, “Metropolis”, “Raykin Plaza”, “Altufyevski”, “Kapitoli” ticarət mərkəzlərində, “Zaryadye” parkında, Şeremetyovo küçəsi və Vernadski prospektində, 373 və 1795 saylı məktəblərdə axtarışlar aparıb.

***

Moskvada partlayıcı maddə təhlükəsi səbəbindən təxliyyə olunanların sayı 9 min nəfərə çatıb. Artıq bir neçə ticarət mərkəzində yoxlamalar başa çatıb və hər hansı partlayış təhlükəsi aşkar edilməyib.