Moskvada Müslüm Maqomayevin abidəsi açılır

moskvada-muslum-maqomayevin-abidesi-acilir
Oxunma sayı: 656

Milli.Az xəbər portalının RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, abidə Moskvanın mərkəzində ucaldılıb. "Abidəni heykəltəraş, Rusiyanın xalq rəssamı Aleksandr Rukavişnikov və əməkdar memar İqor Voskreseniki hazırlayıblar", - deyə məlumatda bildirilir.

Abidənin təntənəli açılış mərasimində Moskva hökumətinin nümayəndələri, Moskva Dövlət Dumasının təmsilçiləri, ziyalılar, ictimai təşkilatların təmsilçiləri və Moskva sakinləri iştirak edəcəklər.

Xatırladaq ki, dahi musiqiçi M.Maqomayev 2008-ci ilin oktyabrında 67 yaşında dünyasını dəyişib.