Moskvada oteldə yanğın - 400 nəfər təxliyyə olunub

moskvada-otelde-yangin
Oxunma sayı: 928

Rusiyanın paytaxtı Moskvada yerləşən Belqrad otelində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata əsasən, yanğın səbəbindən oteldə olan 400 nəfər təxliyyə olunub.

Yanğın təmir-bərpa işləri zamanı baş verib. Hazırda yanğın söndürülüb. İnsident nəticəsində xəsarət alanların olmadığı bildirilib.