Moskvada qadını bıçaqlayan 32 yaşlı azərbaycanlı saxlanıldı

moskvada-qadini-bicaqlayan-32-yasli-azerbaycanli-saxlanildi
Oxunma sayı: 844

Moskvanın şimal-şərqində qadına bıçaqla xəsarət yetirən 32 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

“Qafqazinfo” “Moskva” agentliyinə istinadən xəbər verir ki, hadisə fevralın 21-də gecə saatlarında baş verib. Belə ki, Qana vətəndaşı olan 22 yaşlı qadın 37 yaşlı sevgilisi ilə gecə klubundan qayıdarkən yolda azərbaycanlının bıçaqlı hücumuna məruz qalıb. Kürəyindən bıçaqlanan qadın xəstəxanaya yerləşdirilib.

Hadisə yerindən qaçan Azərbaycan vətəndaşı isə saxlanılıb. Onun paytaxt yataqxasında qaldığı və işsiz olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.