Moskvada qar fırtınası başladı - 15 reys ləğv edildi

moskvada-qar-firtinasi-basladi
Oxunma sayı: 1825

Moskvada güclü külək və qar fırtınası səbəbindən hava limanlarında 15 reys ləğv edilib, 53 təyyarə isə gecikmə ilə uçub.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, Bakı vaxtı ilə 01:43-də Domodedovo hava limanında 8 reys ləğv edilib, 6-sı isə gecikmə ilə yerinə yetirilib.

Şeremtyevoda 42 reys gecikib. Vnukovoda da isə 7 reys ləğv edilib və 5-i gecikmə ilə icra edilib.