Moskvada silahlı insident - 10 yaralı

moskvada-silahli-insident
Oxunma sayı: 1841

Rusiyanın paytaxtında, “Moskva Siti” biznes mərkəzinin qarşısındakı “Oko” qülləsindəki restoranlardan birində silahlı insident baş verib.

“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, naməlum şəxslərlə mühafizə xidmətinin əməkdaşları arasında atışma baş verib.

Hadisə nəticəsində 10 nəfər xəsarət alıb, 30 nəfər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.