Moskvada Yeni ildə terror planlaşdıran dəstə yaxalanıb

moskvada-yeni-ilde-terror-planlasdiran-deste-yaxalanib
Oxunma sayı: 978

Rusiya Federal Təhlükəsizlik Bürosu Moskvada Yeni ildə və seçkiqabağı kampaniya dövründə terror planlaşdıran qrupu zərərsizləşdirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FTB-nin direktoru, Milli Antiterror Komitəsinin sədri Aleksandr Bortnikov məlumat verib. 

Terrorçu qrup üzvləri Mərkəzi Asiya vətəndaşları olublar. Bortnikovun sözlərinə görə, onlar kamikadzelərin də iştirakı ilə terror aktları planlaşdırıblar.

Terrorçulardan əldəqayırma partlayıcı qurğular, odlu silah və döyüş sursatı götürülüb, terror vasitələri hazırlayan laboratoriyaları ləğv edilib. 

Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək. Seçkiqabağı kampaniyaya isə dekabrda start veriləcək.