Fevralın 15-də Moskvada “Neolit” kafesində azərbaycanlılarla çeçenlər arasındakı insidentə görə saxlanılan bloqqer Əlibəy Mirzəxanov terrorçuluqda şübhəli bilinir.
“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən xəbərinə görə, Federal Təhlükəsizlik Bürosu (FSB) 25 yaşlı bloqqeri terror fəaliyyətində şübhəli kimi dindirib. Bu barədə onun vəkili Şamil Yandarbayev məlumat verib.
Vəkil bildirib ki, Ə. Mirzəxanov ona ünvanlanmış bütün ittihamları rədd edib.