Moskvaətrafında “zapravka” partlayıb, ölənlər var

moskvaetrafinda-zapravka-partlayib-olenler-var
Oxunma sayı: 1081

Moskvaətrafında yerləşən Serpuxov şəhərində yanacaqdolduma məntəqəsində qaynaq işləri aparılan zaman partlayış olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə region üzrə FHN nümayəndəsi Fyodor Polşin bildirib.

Qaynaq işləri boş ərazidə aparılsa da, partlayış baş verib. Nəticədə 3 nəfər ölüb, 1 nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır.