Moskvaya ilk qar yağdı

moskvaya-ilk-qar-yagdi
Oxunma sayı: 640

ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Moskva vilayətinə ilk qar yağıb və bu qarın sabah da yağacağı gözlənilir.

Verilən proqnozlara görə, ilk qar bu gecə yağmalı idi. Amma proqnozların əksinə olaraq, qar daha tez yağıb. Şahidlərin sözlərinə görə, ilk qarı Moskva vilayətinin bir çox yerlərində görüblər.

Məlumata görə, bazar gününə yaxın Moskvada yağıntı olacağı gözlənilir. Bazar günü həmçinin, Rusiyanın şimalından qərbinə siklonun gələcəyi də bildirilir.