Moskvaya qaçan generaldan yeni xəbər

moskvaya-qacan-generaldan-yeni-xeber
Oxunma sayı: 5662


“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Azadlıq”a hərbi ekspert Üzeyir Cəfərov verib. Hərbi ekspert bildirib ki, Bağır Fətullayevlə barədə Silahlı Qüvvələrin yuxarı eşalonunda hər kəs məlumatlı olub: “Bağır Fətullayev Silahlı Qüvvələrin Akademiyasında xidmətdə olub.

Sadəcə olaraq, Moskvada yaşayan ailəsinin yanına getmək üçün icazə istəyib. Icazəni gecikdiriblər, o da Azərbaycanı izinsiz tərk edib və bu günə qədər geri qayıtmayıb”. Üzeyir Cəfərov əlavə edib ki, adıçəkilən general hərbi sirlərə sahib olan bir şəxsdir:   “Məndə olan məlumata görə, Bağır Fətullayev məxfi məlumatlara malikdir və onun ölkədən icazəsiz getməsi, hələ də qayıtmaması ciddi hadisədir. Belə məsuliyyətsiz adamın Azərbaycan Silahlı Qüvvələrinə necə daxil olması araşdırılmalıdır və bildiyim qədərilə araşdırılır da. O, həm də dövlətdən kifayət qədər böyük vəsait alıb. Ciddi məqamlardan biri də odur ki, azərbaycanlı olsa da, Azərbaycan vətəndaşı olmayan bu şəxs ”tam məxfi" qrifli hərbi xəritələrlə işləyib. Ona görə də Azərbaycanda olan hərbi sirlərə əli çatıb və heç kim də istisna eləyə bilməz ki, onu bura göndərən adamlar həmin sirləri onun vasitəsiylə əldə etməyiblər".  

Bağır Fətullayevin Moskvaya getməsi barədə xəbəri ilk olaraq “Azadlıq” yayıb. Daha sonra Üzeyir Cəfərov məsələ ilə bağlı təfərrüatları mətbuata açıqlayıb. Müdafiə Nazirliyi isə xəbəri təkzib edib.