Mosulda İŞİD polisinin rəhbəri öldürüldü

mosulda-isid-polisinin-rehberi-olduruldu
Oxunma sayı: 638

İŞİD terror qruplaşmasının üç yüksək rütbəli rəhbəri İraqın Mosul şəhərində zərərsizləşdirilib.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, təşkilatın Tell-Afaredəki polisinə rəhbərlik edən Əbu İman, kamikadzelərin formalaşdırılmasına cavabdehlik daşıyan Əbu Əbd Zaiziya və İŞİD-in gizli tunellərini hazırlayan Naser Abdalla Hoder əl-Bədrani öldürülüb.