Mosulda terrorçu özünü partladıb - 12 ölü, 20 yaralı

mosulda-terrorcu-ozunu-partladib
Oxunma sayı: 632

İraqın Mosul şəhərində partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Frans Press” agentliyi İraq hərbi həkimlərinə istinadən məlumat yayıb.

İnsident Maşaxda məhəlləsində baş verib. Terrorçu mühasirəyə alınmış şəhəri tərk etmək istəyən qaçqınlar arasında özünü partladıb. Nəticədə azı 12 nəfər ölüb, 20-dən çox insan isə yaralanıb.

 Bundan əvvəl İraq ordusunun şəhərə həlledici hücuma keçməyə hazırlaşdılar bildirilib. Mosulda azı 200 İŞİD terrorçusunun qaldığı güman olunur.