Mosulu 700 min dinc sakin tərk edib - YUNİSEF

mosulu-700-min-dinc-sakin-terk-edib
Oxunma sayı: 665

İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatının başlandığı gündən bəri 700 min dinc sakin evini tərk edib.

“Qafqazinfo” “Anadolu”ya  istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (YUNİSEF) Cenevrədəki nümayəndəsi Piter Houkins mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əməliyyatın sonuna kimi daha 200 min insanın evlərini tərk edəcəyi gözlənilir.

O, Mosulun qərb rayonlarının mühasirəsinin davam etdiyini və bu əraziləri tərk etmiş insanların sayının 500 minə çatdığını qeyd edib.

Şəhərin şərqindəki yaşayış məntəqələrini isə 200 min dinc sakin tərk edib. Ümumi rəqəm isə 700 minə çatır.

Qeyd edək ki, Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatları 2016-cı ilin 17 oktyabrından başlayıb.