Motosiklet ağaca çırpıldı, ölən var

Motosiklet ağaca çırpıldı, ölən var
Oxunma sayı: 487

Zaqatalada baş verən yol qəzasında bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb.  

“Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 9-dan 10-a keçən gecə rayonun 3 Tala kəndi ərazisində baş verib. 

Rayonun Fındıqlı kənd sakini, 30 yaşlı Qurban Yusif oğlu Xəlilov idarəetdiyi “İJ” markalı qoşqulu motosikletlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə motosikleti yolun kənarındakı ağaca vurub. 

Q. Xəlilov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb. Motosikletdə olan sərnişin, Fındıqlı kənd sakini 1988-ci il təvəllüdlü Xəyal Sakit oğlu Zurabov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-stabil qiymətləndirilir. 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Mübariz


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi