Mourinyo Klüverti istəyir

Mourinyo Klüverti istəyir
Oxunma sayı: 1315

“Mançester Yunayted” hollandiyalı əfsanəvi futbolçu Patrik Klüvertin oğlu Castin Klüverti heyətinə qatmaq niyyətindədir.

“Qafqazinfo” Goal-a istinadən xəbər verir ki, klubun baş məşqçisi Joze Mourinyonun istəyi ilə futbolçunun transferi istiqamətdə hazırlıqlara start verilib.

“Ayaks”da forma geyinən 18 yaşlı Castin üçün haxın günlərdə rəsmi təklifin ediləcəyi gözlənilir.

Qeyd edək ki, C.Klüvert “Ayaks” futbol məktəbinin yetirməsidir. O, ötən ildən əsas komandaya dəvət olunur. Bundan başqa, hazırda Hollandiya U21 millisinin də üzvüdür.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi