“Mövcud potensial bu imkanı verir ki, qeyri-neft sektoru davamlı inkişaf etdirilsin”

“Mövcud potensial bu imkanı verir ki, qeyri-neft sektoru davamlı inkişaf etdirilsin”
Oxunma sayı: 689

Sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə mühim şərait yaradıb. Belə tədbirlər sayəsində dövlət-sahibkar münasibətləri inkişaf etdirilib, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Əsasən regionların sosial inkişafı istiqamətində sahibkarların atdığı addımlara yönəlik siyasət vacibliyini önə çəkən ölkə başçısı regionıların inkişafının,iş yerlərinin məhz regionlarda üstünlük təşkil etməsinə şəraitin yaradılmasına çalışır. Və hesab etmək olar ki, artıq buna nail olunmuşdur.Eyni zamanda sahibkar mühitinin gəncləşməsi və gəncliyin bu sahədə daha səmərəli fəaliyyətini görən prezident İlham Əliyev regionlarda açılan yeni müəssisələrində gənc sahibkarların fəaliyyətinə stimul verilməsinə də diqqət yetirir.

 Eyni zamnada əsasən kənd təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində,  xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır.

Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində iqtisadiyyatın bütün sahələrində ciddi nailiyyətlər qazanıb, ölkə rəhbərliyi tərəfindən özəl bölmənin inkişafına böyük diqqət və qayğı göstərilərək regionların tarazlı inkişafının təmin olunub.

Son illər bölgələrimizin, eləcə də Lerik rayonunun inkişafı ilə bağlı bir çox önəmli qərarlar verildi. Bu qərarların icrası nəticəsində rayonun inkişafı sürətlə getməyə başladı. Bir çox iri müəssisələr fəaliyyətə başladı və inkişaf etdi.

Uzunömürlər diyarı olan Lerikdə xeyli  müəssisələr var ki, bunlardan biri də “Lerik broyler” müəssələridir. Azərbaycanın ən iri quşculuq müəssisələrindən sayılan “Lerik Broyler” MMC-nin  məhsulları “Lebro” brendi ilə satışa çıxarılır. İstehsalat mərkəzi Lerik rayonunun Piran kəndində yerləşən şirkətin baş direktoru   Orxan  Nərimanlıdır.

Orxan Çingiz oğlu Nərimanlı 1995-ci ildə  Bakı şəhərində ziyalı ailəsində anadan olmuolub.  2012-ci ildə 70 saylı məktəb liseyini bitirmişdir.2017 ci ildə isə Türkiyədə Sabançı Universitetini bitirmişdir.  Elə həmin ildən də “Lebro” MMC -nin direktorudur.

“Qafqazinfo”  Orxan Nərimanlının geniş müsahibəsini təqdim edir:

-Bu gün regionların inkişafında yerli sahibkarlıq fəaliyyəti dövlətin prioritet vəzifələrindən biridir.Bu sahədə atılan addımlardan danışaq...

-Bildiyiniz kimi ölkə başçısının 31 iyul 2018-ci il,224 saylı sərəncamından sonra,yəni  sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, eləcədə qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması, ixrac əməliyyatlarının maliyyələşdirilməsi, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və bizə aid olan özəlliklə vurğulayıram ki,özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində bir çox işlər görülüb. Bu istiqamətdə dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması, maarifləndirmə və müxtəlif növ xidmətlərin göstərilməsi sahələrini əhatə edən kompleks tədbirləri alqışlayırıq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi ölkə sahibkarlarına da diqqət və qayğısını əsirgəmir. Ölkədə sahibkarlığın perspektivləri  barədə fikirlərinizi bilmək istərdik?

Azərbaycanda sahibkarlıq fəzliyyəti inkişaf edərək əhalinin həyat şəraitinin yaxşılaşmasında xüsusi rol oynamışdır. -İlk növbədə qeyd etmək lazımdır ki,  Azərbaycan sahibkarlığın inkişafı üçün unikal və əlverişli ölkədir. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı isə danılmazdır.Dəfələrlə sahibkarların yanında olan ölkə başçısı səmərəli fəaliyyətimiz üçün bizə böyük imkarlar yaradıb. Bu sırada ölkədə həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirililməsinə, ölkənin sosial - iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun vacibliyini ortaya qoymuşdur. Bu məqsədlə qanunvericilik bazasının təkmilləşdirilməsi, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlardandır.

-Məsələn hansı islahatları qeyd edə bilərsiniz?

Son 20 il ərzində ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar  xeyli liberallaşdırılmış, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salınmışdır. Ölkədə bəzi məhsullara ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilmişdir. Həmçinin davamlı olaraq respublikada tətbiq olunan  vergi yükü azaldılmışdır. Demək olar ki,hər il ölkə başçısı sahibkarlığın inkişaf traektoriyasını müəyyənləşdirən və ona stimul verən sərəncamlar imzalayır və həyata keçirilmə mexaniziminə nəzarət edir.Bir ölkədə bundan yaxşı nə ola bilər sahibkar üçün...

-Ərzaq təminatı ölkəmiz üçün vacib amildir. Bu sahədə görülən işlər sizi qane edirmi?

   Əlbəttə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının icrası davamlı olaraq  quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleks tədbirlərdir., Eyni zamanda bu gün yaradılmış aqroservislər  su təminatı və meliorativ tədbirlər nəticəsində bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artmış, mövsümlə əlaqədar istehlak qiymətlərinə qədər  kəskin dəyişmələrə gətirib çıxarmışdır.

Təbii ki, keçirilən tədbirlər, ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası müəyyən olunan hədəflərə hesablanıb. Allahın köməyi ilə  xalqımızın sosial –iqtisadi vəziyyətinin davamlı olaraq yaxşılaşmasını üçün var gücümüz və ölkə başçımızın dəstəyi ilə  bu hədəflərə çatacağıq.  

Hazırda respublikamızda və regionlarda sahibkarlığın inkişaf səviyyəsi və rəqabətlilik hansı meyarlarla ölçülür.

Bu gün cəsarətlə deyə bilərik ki, sahibkarlığın inkişafı ilə əlaqədar ən mühüm məsələlərdən biri bütün regionlarda müasir dövrün tələblərinə uyğun olaraq mövcud potensialdan daha səmərəli istifadə edilməsidir.Və mövcud potensial bu imkanı verir ki, qeyri-neft sektorunun davamlı inkişafı, infrastrukturun daha da yaxşılaşdırılması, müasir texnologiyalar tətbiq olunmaqla yeni istehsal və emal müəssisələrinin yaradılsın.Bizim lebro şirkəti də mövcud şəaraitdən yararlanıb. Daxili məsula üstünlük vacibdir. Bu gün quşçuluq sahəsində bir çox müəsisələr öz mallarını bazara təqdimvedir.Təbii ki,burada rəqabətlilik yaranması ehtimalı böyükdür və rəqabətlilik var. Bu da qarşımıza istehsalın daha keyfiyyətli olmasına tələb qoyur.Çalışmaq vacibdir ki,ölkəmizin quşçuluq və eyni zamanda başqa sahələrdədə təminatımızı daxili məsullar hesabına təmin edək.

Orxan müəllim xaricdən ölkəmizə idxal olunan toyuq məsulları barədə nə deyə bilərsiz? Daxili istehsalın yetərli olmamağından irəli gəlir,yoxsa digər məsələlər var?

Əslində ölkəyə xaricdən ət və ət məhsullarının idxalına ehtiyac yoxdur.Kifayət qədər daxili imkanlar var və yerli məhsul həm keyfiyyətinə,həm də təmizliyinə görə bir çox dövlətlərin istehsalını geridə qoyur.Yerli quşçuluq fabrikləri, o cümlədən “Lebro” şirkətinin məhsulları göz qabağındadır. Bu gün xaricdən ölkəmizə idxal olunan quş əti, əslində yerli istehsalçıların bazarına da mane olur.Sahibkar təbii ki, yerli istehsala üstünlük verilməsinin tərəfdarıdır. Əgər yerli mal maneəsiz olaraq bazara çıxarsa və bundan daha artıq mənfəət əldə olunması birbaşa burada çalışan işçilərin rifahının yaxşılaşmasına xidmət edəcək.İşçilərin maaşları qalxacaq, eyni zamanda yeni iş yerlərinin açılmasına zəmin yaranacaq. Mən hesab edirəm ki, ölkəmiz bu sahədə kifayət qədər quş ətinin müxtəlif növlərini artıqlaması ilə bazara çıxardır.Bu qədər yerli mal olduğu halda idxala ehtiyac görmürəm.  

-Bildiyiniz kimi Regionların Sosial-iqtisadi İnkişafı Proqramı çərçivəsində üzərinizə böyük məsliyyət düşür.Həm müəsisələrdə çalışan işçilərin rifanın yaxşılaşması  baxımından, eyni zamanda yerli işçi qüvvələrindən istifadə edilməsi..

Bəli, olduqca vacib məsələdir.Bu gün Lerik rayonunda yeganə müəsisəyik ki, 200 nəfər işçi burada çalışır.Mən hesab edirəm ki,bu az bir rəqəm deyil. Bundan sonrada ölkəmizin inkişafı üçün bizə yaradılmış biznes mühitindən səmərəli istifadə etməyi qarşımıza qoymuşuq. Yeni iş yerləri açmaq gələcək planlarımıza daxildir.Bunun üçün sahibkarlara kifayət qədər münbit şərait yaradılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi