“Mövlana heç bir ölkəyə məxsus deyil” – Əhmədinejad

movlana-hec-bir-olkeye-mexsus-deyil-ehmedinejad
Oxunma sayı: 652

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Mövlana ilə Şəmsin görüşməsi” adlı zirvəyə qatılan İran prezidenti çıxışı zamanı Mövlana və Şəms kimi insanların bütün bəşəriyyətin sərvəti olduğunu bildirib.

“Bəziləri Mövlananın hansı ölkəyə məxsus olduğunu soruşurlar. Onlara cavab olaraq bildirim ki, Mövlana hər yerə aiddir. Mövlana harda insan varsa ora aiddir. Heç bir ölkəyə məxsus deyil”.