Mövlud Mövludun ilk kitabı...

movlud-movludun-ilk-kitabi
Oxunma sayı: 872

M.F.Axundov adına Milli Kitabxananın Açıq Kitabxanasında mərhum gənc yazıçı Mövlud Mövludun "Çətirsiz" adlı hekayələr kitabının təqdimatı keçiriləcək.

“Qafqazinfo”nun məlumatına görə, təqdimat may ayının 27-də baş tutacaq, 12.00-dan 14.00-a qədər davam edəcək.

Kitabın satışından əldə olunan gəlir M.Mövludun övladına bağışlanacaq.

M.Mövludun “Çətirsiz” hekayələr kitabı Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından işıq üzü görən 15-ci kitabdır.

Qeyd edək ki, M.Mövlud 1989-cu ildə anadan olub. O, 2017-ci ilin martın 16-da özünü binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. "Çətirsiz" mərhum yazıçının ilk kitabıdır.