Mövqelərimiz atəşə tutulub

movqelerimiz-atese-tutulub
Oxunma sayı: 673

Müdafiə Nazirliyi Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 30-da saat 23.10-dan 23.30-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndi yaxınlığındakı adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.