Mövqelərimiz atəşə tutulub

movqelerimiz-atese-tutulub
Oxunma sayı: 646

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 10-da saat 18.10-dan 18.20-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.