Mövqelərimiz atəşə tutulub

movqelerimiz-atese-tutulub
Oxunma sayı: 634

Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün saat 13.55-dən 14.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, saat 23.45-dən 23.50-dək Ağdam rayonunun Yusifcanlı kəndi, saat 23.10-dan 23.15-dək Tərtər rayonunun Çaylı kəndi, saat 22.55-dən 23.00-dək və noyabrın 24-də saat 05.25-dən 05.50-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qaraxanbəyli kəndləri, saat 05.30-dan 05.55-dək isə Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.