Mövqelərimiz atəşə tutulub

movqelerimiz-atese-tutulub
Oxunma sayı: 643

Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 20-də saat 10/.40-dan 12.10-dək və 20.50-dən 20.55-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verdiyi məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.