Mövqələrimiz atəşə tutulub

movqelerimiz-atese-tutulub
Oxunma sayı: 651

Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 25-də saat 16.20-dən 16.30-dək və dekabrın 26-da saat 01.15-dən 01.35-dək Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.