Mozambikdə ölənlərin sayı 84 oldu

mozambikde-olenlerin-sayi-84-oldu
Oxunma sayı: 713

Mozambikdə “İdai” qasırğası nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, daha əvvəl 66 nəfərin öldüyü bildirilirdi. Prezident Filipe Nyusi qeyd edib ki, təbii fəlakət nəticəsində ölkədə mindən çox insan ölə bilər. Siklon Beyr liman şəhərini 90% dağıdıb.

Daha çox Sofala və Manika əyalətlərinin sakinləri xəsarət alıb.