“Mr and Mrs İnternational”a Azərbaycan da qatılacaq

mr-and-mrs-internationala-azerbaycan-da-qatilacaq
Oxunma sayı: 1405



“Azərbaycan ilk dəfə “Mr and Mrs İnternational” gözəllik yarışmasına qatılacaq.  Aktrisa Mehriban Xanlarova, modelyer Nez və mən münsiflər heyətində olacağıq. Müğənni Rühəngiz Allahverdiyeva da bizə dəstək olacaq. Əsas məqsədimiz azərbaycanlı qızları və oğlanlarını dünya podiumuna çıxartmaqdır. Müsabiqənin şərtlərinə görə, yarışmada boyu 1.80 olan oğlanlar və  1.75 olan qızlar iştirak edə bilər. Mayın 26da kasinqlər başlayacaq. Avqustda isə final olacaq. İlk dəfə olaraq final dünyanın tanınmış “Fashion” kanalında canlı yayımlanacaq. Daha sonra qaliblər Şimalı Koreyada keçirilən müsabiqəyə yollanacaqlar. 

Bununla yanaşı uşaqlar üçün “Land of Fire” gözəllik müsabiqəsi nəzərdə tutulub. Burada 14 yaşına qədər olan uşaqlar iştirak edə bilər. 
Qalib gələn xanıma 10 min, uşağa 7 min, oğlanaa isə 5 min manat hədiyyə olunacaq. Azərbaycanda xanımlar belə müsabiqələrdən çəkinir deyə onlar üçün mükafatı daha yüksək nəzərdə tutmuşuq”. 

Müsabiqə barədə ilkin rəy yaratmaq üçün kastinqə qatılan iştirakçılar səhnəyə çıxaraq, qonaqlara moda nümayiş etdiriblər.