MSK keçmiş baş naziri seçkilərə buraxmadı

msk-kecmis-bas-naziri-seckilere-buraxmadi
Oxunma sayı: 648

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “France-Presse” agentliyi yayıb.
MSK bu qərarını Ali Hərbi Şuranın Hüsni Mübarək dövründə yüksək vəzifə tutan şəxslərin siyasətə məşğul olmasını qadağan edən qərarına uyğun qəbul edib. Bundan əvvəl isə parlament siyasi fəaliyyətə bağlı qanunvericliyə dəyişikliyi qəbul etmişdi.
Əhməd Şəfiq Hüsni Mübarəkin prezidentliyi dövründə orduda yüksək vəzifələr tutub, mülki aviasiya nazirliyinə rəhbərlik edib və baş nazir olub.

2011-ci ildə Hüsni Mübarək istefaya getdikdən sonra hakimiyyət hərbi qüvvələrin Ali Şurasına keçərkən Şafiq müvəqqəti hökumətə başçılıq edib. 2011-ci ilin martı əvvəlində isə Əhməd Şəfiq tutduğu vəzifədən istefa verib.

Namizədlərlə bağlı yekun siyahı MSK tərəfindən aprelin sonunda təsdiqlənməlidir. Prezident seçkilərinin birinci turu mayın 23-24-d keçiriləcək. Əgər ikinci turun keçirilməsi lazım gələcəksə, bu tur iyunun 16-17-də baş tutacaq.