MSK sədri Yankauskasla görüşdü

MSK sədri Yankauskasla görüşdü
Oxunma sayı: 500

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kəstutis Yankauskasla görüşüb.

MSK-dan  “Qafqazinfo”ya daxil olan məlumata görə, M. Pənahov rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığına toxunub və bildirib ki, MSK-nın xarici əlaqələri çərçivəsində müxtəlif beynəlxalq təşkilatlarla yanaşı, əvvəlki illərdə keçirilmiş seçkilərdə Avropa İttifaqı ilə də yaxından əməkdaşlıq edilib və bu münasibətlər çərçivəsində müxtəlif layihələr gerçəkləşdirilib. 

 Həmçinin MSK sədri bu gün  ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri ilə də görüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi