MSK sədrindən xəbərdarlıq - “Səhvə yol verənlər...”

msk-sedrinden-xeberdarliq
Oxunma sayı: 2360

Sosial şəbəkələrlə bağlı müraciətlər Mərkəzi Seçki Komissiyasında (MSK) araşdırılacaq.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, bunu bu gün MSK-nın iclasında sədr Məzahir Pənahov bildirib.

M.Pənahovun sözlərinə görə, KİV-lərlə bərabər sosial şəbəkələr də diqqət mərkəzində olacaq.

MSK sədri dairə və məntəqə seçki komissiyalarına da xəbərdarlıq edib. M.Pənahov deyib ki, dairə və məntəqə seçki komissiyaları üçün ən yüksək şərait yaradılıb, komissiya üzvlərinin peşəkarlığını artırmaq üçün təlimlər keçirilməkdədir: "Bütün bunları nəzərə alaraq, yanlışlığa yol verən komissiya üzvlərinin bağışlanmayacağını bir daha bəyan edirəm".