MSK sosial şəbəkələrlə bağlı mexanizm hazırlayır

MSK sosial şəbəkələrlə bağlı mexanizm hazırlayır
Oxunma sayı: 1011

Mərkəzi Seçki Komissiyasının sədri  sosial şəbəkələrin monitorinqi mexanizminin hazırlanmasının vacibliyindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, M.Pənahov MSK-nın bu gün keçirilən iclasında qeyd edib ki, sosial şəbəkələr də geniş auditoriyaya malikdir və seçkilərlə bağlı orada da gedən proseslərin izlənilməsi zəruridir: “Eyni zamanda hesab edirəm ki, sosial şəbəkələrlə bağlı da təklif hazırlamalıyıq. Bunu tez hazırlamalıyıq ki, sosial şəbəkələrdə monitorinq təşkil edilsin və seçkiqabağı təşviqatı pozanlar haqqında müvafiq tədbirlər görülsün, təşviqatı pozanlar cəzalandırılsın”. 

M. Pənahov həmçinin  deyib ki, dairə seçki komissiyalarının üzvləri ilə müşavirə də tezliklə keçirilməlidir: "Daha sonra isə yerlərdə DSK üzvləri və məntəqə seçki komissiyalarının üzvlərinin iştirakı ilə belə tədbirlər keçirilməlidir. Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov və Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin də iştirakı ilə mətbuatla bağlı tədbir də keçirilməlidir”.

İclasda həmçinin Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarına və bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi