MSK tam hazırdır

msk-tam-hazirdir
Oxunma sayı: 646

MSK-nın sədr müavini Natiq Məmmədov bazar ertəsi Trend-ə bildirib ki, qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı hər şey qaydasında gedir.

"Seçki prosesinin qanunda nəzərdə tutulmuş qaydada və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün bütün tədbirlər görülür. Seçkilər noyabrın 30-da, müəyyən olunmuş qaydada başlayacaq və müəyyən olunmuş prosedurlar əsasında nəticələr müəyyənləşdiriləcək", - Məmmədov deyib.

Onun sözlərinə görə, bu bələdiyyə seçkiləri yerli seçkilər olduğuna görə burada beynəlxalq müşahidəçilər iştirak etməyəcək.

Azərbaycanda keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün 330 bələdiyyə üzrə 464 yerə 1550-dən artıq namizəd var. Hər boş yerə dörd nəfərə yaxın namizəd düşür. Seçkiləri izləmək üçün 10000-dək müşahidəçi qeydiyyatdan keçib.