MTN polkovnikinə rəis postu verildi

mtn-polkovnikine-reis-postu-verildi
Oxunma sayı: 9147


“Qafqazinfo” xəbər verir ki, bu barədə report-a klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev məlumat verib.

Onun sözlərinə görə, yeni rəis Azərbaycan Milli Təhlükəsizlik Nazirliyindən 2003-cü ilin oktyabrında ehtiyata buraxılmış polkovnik Hamlet İsmayılovdur.

Müşahidə Şurasının sədri daha 3 təyinatın reallaşdığını deyib. Hüquqşünas vəzifəsinə Rauf Mövsümov təyin olunub. Ç.Abdullayev yeni hüquqşünasın 30 ildən artıq prokurorluqda çalışdığını bildirib. Qarabağ müharibələrinin iştirakçısı olmuş 2 nəfər isə klubda sürücü vəzifəsində çalışacaq.

Qeyd edək ki, daha öncə Vəli Qasımov idman direktoru, Dmitri Kramarenko qapıçı hazırlığı üzrə məşqçi, Mübariz Xudiyev isə idman direktorunun müavini vəzifəsinə təyinat alıb.