MTN polkovnikinin vəkili dəyişdi

MTN polkovnikinin vəkili dəyişdi
Oxunma sayı: 1658

Həbsdə olan MTN polkovniki Səlim Məmmədovun vəkili dəyişib. İstintaq dövründən başlayaraq polkovnikin hüquqlarını müdafiə edən vəkil Cavid Rzazadə işdən uzaqlaşıb. S.Məmmədovu apellyasiya instansiyasında vəkil Elçin Sadıqov təmsil edəcək.

Vəkil C.Rzazadə “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib və bildirib ki, S.Məmmədovla yeni müqavilə imzalamayıblar: “Səlim Məmmədov tərəfindən hüquqların müdafiəsinin davam etdirilməsi təklif olunsa da, mənim işlərimin çoxluğuna görə növbəti mərhələdə vəkil olmaqdan imtina etdim.

Hazırda bir neçə digər ağır işlərlə məşğulam”.

Qeyd edək ki, S.Məmmədov rəisi Akif Çovdarovla birgə ittiham edilir. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Çovdarov 12 il, S.Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Onlar hökmdən apellyasiya şikayəti veriblər.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi