Sabah Milli Televiziya və Radio Şurası tərəfindən Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayımının tətbiqi müzakirə olunacaq. Şuradan “Qafqazinfo”ya verilən məlumata görə, həmçinin əcnəbi seriallarla bağlı mühüm qərarlar da müzakirə ediləcək.
Qeyd edək ki, 2012-ci ildən bütün Azərbaycan ərazisində rəqəmli televiziya yayımına start veriləcək. 2013-cü ildə isə ölkədə analoq efir yayımından rəqəmli yayıma keçid başa çatdırılacaq.
Nigar Məmmədli