MTRŞ-ya 3 milyon manat ayrıldı

mtrs-ya-3-milyon-manat-ayrildi
Oxunma sayı: 1295

Prezident İlham Əliyev Azərbaycanda özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına 3,0 (üç) milyon manat ayrılıb.