Müasir İnnovasiyalar Liseyindən möhtəşəm yay məktəbi!

muasir-innovasiyalar-liseyinden-mohtesem-yay-mektebi
Oxunma sayı: 4503

Odlar Yurdu Universitetinin nəzdində fəaliyyət göstərən Müasir İnnovasiyalar Liseyi bu il yay məktəbini Mərdəkan Dendrarisində təşkil edir! Yay məktəbinin təşkil olunmasında əsas məqsəd yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq və əyləncəli proqramlar təşkil etməklə, yeni nəsil intellektual və sosial aktiv gənclərin formalaşdırılmasıdır.

Yay məktəbinə qeydiyyat liseyin həm 28 may korpusu, həm də Mərdəkan tədris korpusunda aparılır. Yay Məktəbinə qoşulan hər bir uşaq öz vaxtını şən və əyləncəli keçirməklə yanaşı, gün ərzində peşəkar müəllimlərin köməyi ilə ingilis dili və rus dili qabiliyyətini daha da inkişaf etdirəcək. Xarici dili zövq alaraq öyrənmək üçün müxtəlif əyləncəli oyunlar və intellektual yarışlar keçiriləcək.

Yay Məktəbi bağça, məktəbəqədər hazırlıq, I və IX siniflər üçün nəzərdə tutulur, saat 9:00-17:00 və 9:00-20:00 iki rejimdə təşkil ediləcək və FİN metodikası ilə Beynəlxalq Britaniya proqramı əsasında aparılacaqdır. Bu müddət ərzində şagirdlər yeni tədris ilinə hazırlaşmaqla yanaşı, əyləncəli vaxt keçirəcəklər. Uşaqlar üçün müxtəlif yerlərə ekskursiyalar, piknik, karaoke, rəqs, şahmat, məntiq və idman dərsləri təşkil olunacaqdır. 

Yay Məktəbi ilə bağlı daha ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlayın:

28 may tədris korpusu:

Səməd Vurğun bağı və Dəmiryol idarəsinin
(Köhnə çay fabriki) yaxınlığı

Telefon: (+994) 12 511 21 04
(055) 570 40 20

Mərdəkan tədris korpusu:

Xəzər rayonu, Mərdəkan qəsəbəsinin girişi
(Makaron fabrikinin yanı)

Telefon: (+994) 12 554 99 89