Müavinin ailəsi qəzaya düşdü

muavinin-ailesi-qezaya-dusdu
Oxunma sayı: 646

Milli.Az-ın məlumatına görə, hadisə dünən Qobustan rayonu ərazisində baş verib. Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini İqbal Mikayılovun övladları olan “VAZ-21015” markalı maşın qarşıdan gələn “QAZ-24” markalı avtomobililə toqquşub.

Qəza zamanı Zinət Mikayılova, Ayşən Mikayılova, Elşən Mikayılov və “QAZ-24”ün sürücüsü Mayıs Şixəliyev yaralanıblar.

Qəzaya səbəb kimi dumanlı hava şəraiti göstərilir.

İlkin məlumata görə, İ.Mikayılovun uşaqları Bakıda oxuyurlar və maşınla paytaxta gəlirmişlər.

Baş Dövlət Yol Polis İdarəsi faktlı təsdiqlədi. Hadisə ilə bağlı İ.Mikayılovla əlaqə saxlamaq istəsək də, Ağsu Rayon İcra Hakimiyyətindən onun xəstəxanada, övladlarının yanında olduğu bildirildi.