Mübahisə üstündə xəstəxanalıq oldu - Foto

mubahise-ustunde-xestexanaliq-oldu
Oxunma sayı: 1785

Şabran rayon sakinini döyüb xəstəxanalıq etdilər.

“Qafqazinfo” “Sputnik”ə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib. Şabran rayon Çıraqqala küçəsində yaşayan 28 yaşlı Muradov Rəşid Tahir oğlu dörd nəfər tərəfindən döyülərək xəstəxanalıq olub. Rəşid Muradovun sözlərinə görə, traktorla işdən gələn zaman görüb ki, yolun ortasında iki nəfər dayanıb və onlardan ona yol verməsini xahiş edib. Həmin şəxslər onu təhqir edərək traktoru evə qoyub qayıtmasını tələb ediblər.

Evə getdikdən sonra, yemək yeyən zaman Muradova zəng gəlib. Bir müddət əvvəl mübahisə etdiyi şəxslər ona qardaşının onların əlində olduğunu və çağırdıqları yerə gəlməyəcəyi təqdirdə qardaşını öldürəcəklərini deyiblər.

Muradov çağırılan yerə getdikdə 8 nəfərin onu əhatəyə aldığını, dördünün isə döydüyünü bildirib. Zərərçəkmiş bildirib ki, onu bıçaqlamaq istəyiblər və “başından vur ölsün” sözünü eşitdikdən sonra huşunu itirərək gözlərini xəstəxanada açıb.

Kəllə-beyin travması alan R.Muradov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.