Mübahisəyə görə tutulanlarda həblər aşkarlandı

mubahiseye-gore-tutulanlarda-hebler-askarlandi
Oxunma sayı: 951

Mingəçevir şəhərində mübahisə etdikləri üçün saxlanılan gənclərin üzərində narkotik tərkibli həblər aşkarlanıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, martın 19-da Mingəçevir şəhərinin A.Məmmədov küçəsində xidmət aparan polis əməkdaşları ictimai asayişi pozan 2 nəfəri saxlayaraq şöbəyə gətiriblər.

Araşdırmalarla onların Mingəçevir sakini Ə.İsgəndərov və Göyçay rayon sakini R.Kərimov olduqları müəyyən edilib. Şəxsi axtarış zamanı R.Kərimovdan 20 ədəd tramadol, 6 ədəd lirika və 2 ədəd mamba həbləri aşkar edilərək götürülüb. 

Araşdırma aparılır.